SQQ Suriyanın cənubunda 100 kv-km ərazini azad edib

2018/08/Syrian-Army-in-Daraa_1534155843.jpg
Oxunub: 1523     18:32     13 Avqust 2018    
Suriya Quru Qoşunları ölkənin cənubunda İŞİD terrorçularına qarşı hərbi əməliyyatlarını davam etdirir.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, son üç gün ərzində hökumət qüvvələri 100 kvadrat-kilometrlik ərazini terrorçulardan azad edib.

SQQ-nin İŞİD-ə qarşı döyüşlərində əldə etdiyi uğurlarda Rusiya Aerokosmik Qüvvələrinin də əhəmiyyətli rol oynadığı bildirilir.

Belə ki, Rusiyaya məxsus döyüş təyyarələri qurudan aparılan döyüşlərə paralel olaraq terrorçuların mövqelərinə hava zərbələri endirir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD   Terror  


Bizi "telegram"da izləyin