Donbasda 3 Ukrayna əsgəri yaralanıb

2018/08/234234_1534149547.jpg
Oxunub: 2821     16:38     13 Avqust 2018    
Ukraynanın Donbas vilayətində separatçı qüvvələr ötən sutka ərzində atəşkəs rejimini ümumilikdə 57 dəfə pozublar.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, separatçılar hücumlar zamanı ağır silahlardan, qumbaraatanlardan, tank əleyhinə raketlərdən və kiçik çaplı silahlardan istifadə ediblər.

Hücum nəticəsində 3 əsgər yaralanıb. Ukrayna ordusunun cavab atəşi ilə 1 separatçı məhv edilib, 6-sı isə yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin