Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Suriyada İnsan Hüquqları üzrə Müşahidə Qrupu məlumat yayıb.
Məlumata görə, partlayış mülkilərin məskunlaşdığı binada meydana gəlib. Binanın silah-sursat deposu kimi istifadə edildiyi ehtimal edilir.
Türkiyə ilə sərhəd bölgəsinə yaxın ərazidə baş verən partlayış nəticəsində azı 39 nəfər həlak olub ki, bunlardan 12-si uşaqdır.
Ağalar Ağalarlı
Ordu.az