İsrail Suriyada İranın raket təsisatını dağıdıb? - PEYK GÖRÜNTÜLƏRİ

2018/08/aziz-300x480_1534146100_1534149687.jpg
Oxunub: 2450     15:39     13 Avqust 2018    
Suriyada İsrailin həyata keçirdiyi iddia olunan hava hücumundan sonra İranın raket istehsal edilən fabrikinin dağıdılmasına dair peyk görüntülər yayılıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təsisatın kimyəvi silahlar istehsal etmək və depolamaq üçün istifadə edildiyi iddia edilir.

Ona Suriyanın kimyəvi silahlar və raketlər üzrə alimi Əziz Əsbarın rəhbərlik etdiyi bildirilir. Əsbar bu ayın əvvəlində Suriyanın şimal-qərbindəki Masayaf şəhərində öldürülüb. İrəli sürülən iddialarda onun Mossad tərəfindən öldürüldüyü deyilir.

Məlumata görə, İsrail Suriya Elmi Araşdırmalar və Tədqiqat Mərkəzi tərəfindən aparılan və məxfi silahların təkmilləşdirilməsini nəzərdə tutan “Sector 4” proqramının başında Əsbarın durduğunu düşünür. O, İranın Qüds Qüvvələrinin komandiri general-mayor Qasım Süleymani ilə əməkdaşlıq edirdi.

İsrailin internet saytı “Intelli Times” tərəfindən yayımlanan peyk görüntülərində obyektin həm hücumdan əvvələ, həm də sonraya aid olan vəziyyətini görmək mümkündür.



Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İsrail   İran  


Bizi "telegram"da izləyin