Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı yerli mənbələr yayıb.
Bildirilib ki, ordu rəhbərliyi artıq İdlibə 3 minə qədər canlı qüvvə, yüzlərlə hərbi texnika və silah-sursat toplayıb.
BMT isə bu əməliyyatlarda mülki əhalinin təhlükəsizliyinin təmin edilmədiyini və bölgənin 60 faizə qədərini əlində saxlayan “Hayat Təhrir Əş-Şam” terror qruplaşmasının əsas mövqelərinin yaşayış məntəqələri daxilində olduğunu qeyd edib.
Əsəd hökuməti isə mülki əhali üçün təhlükəsizliyin tam olaraq təmin edilmədiyi müddətcə əməliyyatlara başlanılmayacağını bildirib.
Dəyanət Ağalarlı
Ordu.az