Lavrov və Çavuşoğlu Suriyaya dair dördlü sammitə hazırlığı müzakirə edəcəklər

2018/08/5aa9272cd3806c2ec4afe848_1534140358.jpg
Oxunub: 3302     14:15     13 Avqust 2018    
Rusiya Xarici İşlər naziri Sergey Lavrov 13-14 avqust tarixlərində Türkiyədə rəsmi səfərdə olaraq türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, danışıqlar zamanı Rusiya, Türkiyə, Fransa və Almaniya liderlərinin Suriya ilə bağlı dördlü sammitinə hazırlıq prosesi də müzakirə ediləcək.

“Rusiya tərəfi Rusiya və Türkiyənin Suriyada sülh, təhlükəsizlik və stabillik üçün xüsusi məsuliyyət üzərinə götürdüyü faktını anlayır və buna uyğun hərəkət edir. Bu danışıqlar zamanı da məhz tezliklə Türkiyədə baş tutması planlaşdırılan dördlü sammitə hazırlıq prosesi müzakirə ediləcək”, - deyə XİN-in bəyanatında qeyd olunub.

Nazirlərin həm də Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz, Mərkəzi Asiya, Ukrayna və Qara dəniz regionundakı vəziyyəti də müzakirə etmələri gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin