Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya dövlət informasiya agentliyi SANA yayıb.
Bildirilib ki, İsrailə məxsus qırıcılar Suriyanın Həma vilayətinin Məsyaf şəhərində yerləşən bir neçə hərbi sənaye obyektinə aviazərbələr endirib.
Məlumata əsasən, sözügedən obyektlər kimyəvi silahların istehsalı üzrə proqramların həyata keçirildiyi elmi araşdırma mərkəzləri olub.
Məsələ ilə bağlı İsrail mənbələrinin yaydığı məlumatda mərkəzin İrana məxsus raket istehsal bazası olduğu qeyd olunub.
Qeyd edək ki, hadisə ilə bağlı İsraildən hələlik rəsmi açıqlama verilməyib.
Dəyanət Ağalarlı
Ordu.az