İordaniyada qarşıdurma: 7 ölü, 20 yaralı

2018/08/Снимок_1534139553.png
Oxunub: 2178     14:02     13 Avqust 2018    
İordaniyanın Solt şəhərində bir qrup silahlı şəxs hərbi nəzarət postuna hücum edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İordaniya Daxili İşlər Nazirliyi bildirib.

Qeyd olunub ki, paytaxt Əmman yaxınlığında Solt şəhərinin Füheyis qəsəbəsində yerləşən ordu məntəqəsinə bir qrup silahlı şəxs tərəfindən hücum edilib.

Məlumata əsasən ordu qüvvələri hücumu dəf etməyə nail olsalar da, hücum zamanı 3 hərbçi həlak olub.

Məntəqədəki hərbçilərin müqaviməti nəticəsində 4 silahlı zərərsizləşdirilib. Qarşıdurma zamanı aralarında mülki vətəndaşların da olduğu 20-dən çox insan isə yaralanıb.

Qeyd edək ki, hücumu hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İordaniya   Terror  


Bizi "telegram"da izləyin