Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Uruzqan vilayət rəhbəri Fayiz Məhəmməd bildirib.
O qeyd edib ki, ötən gün qiyamçılar ordunun bölgədəki hərbi bazasına geniş miqyaslı hücum həyata keçirib.
Rəsmi məlumata əsasən, hücum zaman 27 hərbçi həlak olub, 5-i yaralanıb. Qiyamçılar bazadan çox sayda silah sursat götürməyə nail olublar.
Hazırda bölgəyə əlavə hərbi qüvvələr toplanır.
Dəyanət Ağalarlı
Ordu.az