Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Visiongain” jurnalının hazırladığı bazar araşdırmasında qeyd olunub.
Bildirilib ki, hazırda bazarda başlıca oyunçular “GmbH”, Klinge və Krampitz şirkətləridir.
Belə ki, sadəcə bu 3 şirkət bazarın ümumi həcminin təxminən üçdə birini əhatə edərək 2 milyarddan çox hərbi çən istehsalı və satışını həyata keçirir.
Hazırda 6,56 milyard dollar ümumi satış həcminə sahib bazarın orta illik inkişaf dinamikası 1,2-3,5 faiz arasında dəyişir ki, bu da bazır 2028-ci ildə 8 milyard dolları keçəcəyini deməyə imkan verir.
Qeyd edək ki, ölkələr miqyasında bazarda Almaniya və ABŞ xüsusilə fərqlənirlər.
Dəyanət Ağalarlı
Ordu.az