Ordu.az "Joğovurd"a istinadən xəbər verir ki, bir aydan artıqdır ki, məhbuslar onlara qarşı qaldırılan cinayət işlərinə və ədalətsizliyə görə aclıq elan ediblər.
Ermənistanda inqilabdan sonra cəzaçəkmə müəssisələrində problemlərin həlli üçün heç bir addım atılmayıb. Şəxslər dəyişsə də məhkumların həyatında heç bir şeyin dəyişilmədiyi bildirilir.
Faktı, “Nubaraşen” həbsxanasının yeni rəisi Eduard Qriqoryanla da söhbət edən "Joğovurd" qəzetinin əməkdaşı da təsdiq edib.
Alpər Mövludoğlu
Ordu.az