Britaniyanın sualtı gəmilərinin istehsalı gecikəcək

2018/08/76456_1533821990.jpg
Oxunub: 470     02:08     10 Avqust 2018    
Böyük Britaniyanın 36 milyard dollar dəyərindəki gəmilərində yaşanan problemlər onun istehsal müddətinin uzanmasına gətirib çıxaracaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Böyük Britaniya Kral donanmasının mətbuat xidməti yayıb.

Bildirilib ki, istehsal işləri davam etdirilən 4 ədəd “Dreadnought” sinif gəmilərin mühərrik və idarəetmə sistemlərində bir sıra ciddi qüsurların olduğu ortaya çıxıb.

Bundan dolayı da gəminin istehsalı müvəqqəti olaraq dayandırılıb.

Məlumata əsasən hər biri 17 min 200 ton həcmində və 150 metr uzunluqda olacaq 4 ədəd ballistik raket təchizatlı gəminin istehsalı 2 ilə qədər ləngiyə bilər.

Belə ki, Britaniya Kral HDQ 36 milyard dollar dəyərindəki gəmilərin 2031-ci ilə təhvil verilməsini planlaşdırırdı. Ortaya çıxan qüsurlar isə onların ən tezi 2033-cü ildə təhvil verilə biləcəyini göstərir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Britaniya   Sualtı-gəmi  

Britaniyanın sualtı gəmilərinin istehsalı gecikəcək

2018/08/76456_1533821990.jpg
Oxunub: 471     02:08     10 Avqust 2018    