Ordu.az xarici KİV-lərə istinadən xəbər vereir ki, müqaviləyə əsasən şirkət ABŞ 360 dərəcəli uzaq mənzilli E-2D radar sistemlərinin modernizasiyasını həyata keçirəcək.
Belə ki, Florida ştatının Melburn şəhərində keçiriləcək layihə çərçivəsində şirkət ABŞ HHQ-nin xidmətindəki qırıcılara inteqrasiya edilmiş sözügedən radar sistemlərini yeniləyəcək.
Məlumata əsasən 29,9 milyon dollar dəyərindəki layihə 2021-ci ilin avqustunda yekunlaşdırılacaq.
Dəyanət Ağalarlı
Ordu.az