Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı “Angara”nın istehsalçısı “Rostec” şirkətinin elm və mühəndislik şöbəsinin direktoru Yuri Koptev bildirib.
O qeyd edib ki, yenicə təqdim edilən “Angara” raketlərinin 2024-cü ilə qədər tam olaraq Rusiya ordusunun kosmik raket tələbatını ödəməsi qeyri-mümkün görünür.
Belə ki, şirkət növbəti ildən etibarən raketin geniş miqyaslı istehsalına başlanılacaq. Lakin istehsalın ilkin seriyası Rusiya ordusuna təhvil verildiyi anda digər kosmik raketlərin istifadədən yığışdırılmasını söyləmək qeyri-mümkündür.
Ona görə də 2024-cü ilə qədər biz Rusiya ordusunda “Proton-M” kosmik raketlərinin istifadə ediləcəyini görə bilərik.
Dəyanət Ağalarlı
Ordu.az