“İsrail və Rusiya Colan müşahidə zonası formalaşdırmağa razıdır” – İsrail səfiri

2018/08/34864_SYR20180510MIDEASTCRISISSYRIAISRAELREUTERS_1528443767501_1533628719.jpg
Oxunub: 2462     15:18     07 Avqust 2018    
Rusiya və İsrail Colan təpələri yaxınlığında atəşkəs rejiminin qorunması məqsədilə müşahidə xətti formalaşdırmaq üçün razılıq veriblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı İsrailin Rusiyadakı səfiri Qari Koren bildirib.

O qeyd edib ki, Rusiya Suriyanın bölgədə atəşkəs rejiminə əməl edəcəyi ilə bağlı Təl-Əvivə vəd verib.

“Biz razılığa gəldik ki, İsrail-Suriya sərhədi böoyunca müşahidə zonası formalaşdıraq. Rusiya bunun qarşılığında Suriyanın 1974-cü il razılığına əsaslanaraq atəşkəs rejiminə əməl edəcəyini vəd edib. Lakin biz bunu yetərli hesab etmirik. İran hərbi qüvvələri Suriyanı tərk etdikdə vəziyyət bizim üçün tam arzuolunan olacaq”, _ deyə o qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Rusiya   Suriya  


Bizi "telegram"da izləyin