Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Çin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti yayıb.
Bildirilib ki, son 13 ayda istehsalı yekunlaşdırılan 4 ədəd yeni döyüş gəmisi Çin donanmasının xidmətinə verilib.
Bildirilib ki, 120 metr uzunluqda, 20 metr genişlikdə və 12000 ton həcmindəki yeni döyüş gəmiləri Çin donanmasının xidmətindəki aviadaşıyıcının təhlükəsizliyini təmin edəcək.
Qeyd edək ki, Çin hava hücumundan müdafiə sistemi ilə təchiz edilən daha 4 ədəd “Type 055” gəmisinin istehsalını davam etdirir.
Dəyanət Ağalarlı
Ordu.az