“Qərb dostluğun, konfliktlərdən daha yaxşı olduğunu anlayacaq” – Medvedev

2018/08/1200078_1533624952.jpg
Oxunub: 3399     14:22     07 Avqust 2018    
Rusiya Baş naziri Dmitri Medvedev Rusiya və Qərb arasındakı gərginliyin uzun müddət davam etməyəcəyini bildirib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə fikirləri ötən gün verdiyi müsahibədə qeyd edib.

Medvedyev bildirib ki, avropalı qonşular artıq Rusiya ilə əməkdaşlığın onunla düşmənçilikdən daha yaxşı olduğunu anlayırlar.

“Düşünmürəm ki, Rusiya və Qərb arasında hazırkı konflikt və gərginliklər daha uzun müddət davam edəcək. Həmsərhəd olduğumuz ölkələr bunu başa düşdü. Çox qısa müddətdə Qərb də Rusiya ilə dostluğun daha yaxşı olduğunu anlayacaq. Moskva ona isti münasibət göstərən hər kəsə qarşı eyni həssaslıqla yanaşır”, - deyə o qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qərb  


Bizi "telegram"da izləyin