Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Suriya Quru Qoşunlarının 4-cü tank diviziyası ötən gün ərzində terrorçuların mövqelərinə intensiv artilleriya zərbələri endirib.
Məlumata əsasən 40-a qədər İŞİD terrorçusunun zərərsizləşdirilməsi ilə nəticələnən əməliyyatlarda Sveydənin şərqində yerləşən Kara yüksəklikləri və Təl Qəsr yaşayış məntəqəsi azad edilib.
Ordu bu gün səhərdən etibarən əməliyyatlara qaldığı yerdən davam edib.
Dəyanət Ağalarlı
Ordu.az