Donbasda ötən gün: 2 hərbçi yaralanıb

2018/08/456_1527167307_1533196373_1533625393.jpg
Oxunub: 2823     13:23     07 Avqust 2018    
Ukraynanın Donbas bölgəsində separatçılarla ordu qüvvələri arasında qarşıdurmalar davam edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, separatçılar ötən gün ərzində atəşkəs rejimini 11 dəfə pozublar.

Bu barədə Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidmətindən verilən məlumata əsasən separatçılar ordu qüvvələrinin mövqelərini qumbaraatanlardan və avtomat silahlardan atəşə tutub.

Qeyd olunub ki, qarşıdurmalar zamanı Ukrayna ordusunun 2 hərbçisi yaralanıb. Rəsmi rəqəmlər açıqlanmasa da, qarşı tərəfin də itki verdiyi bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas   Seperatçılar  


Bizi "telegram"da izləyin