Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə sözügedən istehsalçı şirkət "Terran Orbital" korporasiyasının icraçı direktoru Mark Bel bildirib.
O qeyd edib ki, bu günə qədər bu sahədə bir çox şirkət yanlış strategiyadan dolayı, iflas edib.
"Bu vaxta qədər bu sektora milyardlarla dollar maliyyə sərf edən onlarla şirkət iflas edib. Lakin hamısının başlıca problemi mövcud tələbləri düzgün analiz edə bilməməkdən qaynaqlanıb. İndi biz "Goldman" və "Lockheed Martin" şirkətlərinin maliyyə dəstəyi ilə işə bir az funksionallıq və rəngarənlik qataraq tarix yazacağıq" - deyə o qeyd edib.
Qeyd edək ki, hərbi kəşfiyyat və kibertəhlükəsizlik məqsədilə istifadə edilən mikro ölçülü, təqribən əl böyüklükdə peyklərin istesalının həyata keçiriləcəyi layihə üçün 2 investor şirkət birlikdə 36 milyon dollar ayırıb.
Dəyanət Ağalarlı
Ordu.az