Ukrayna ordusu hərbi təlimlər keçirir

2018/08/630_360_1533558629-2845_1533567987.jpg
Oxunub: 2216     00:41     07 Avqust 2018    
Ukrayna Quru Qoşunları “Heat 2018” hərbi təlimlərinə start verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Ukrayna Baş Qərargah rəisi Viktor Mujenko bildirib.

O qeyd edib ki, təlimlərdə ordu qüvvələri artilleriya vasitələri ilə şərti hədəflərə zərbə endirmək, havadan dəstək göstərilən döyüş əməliyyatlarını həyata keçirmək kimi taktiki tapşırıqlar həyata keçirir.

Onun sözlərinə əsasən təlimlər hərbçilərin fərdi bacarıqlarının və döyüş hazırlıqlarının artırılması üçün kifayət qədər effektiv rola sahib olacaq.

Qeyd edək ki, “Heat 2018” adı verilən təlimlərin sentyabrın əvvəllərində yekunlaşdırılması planlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Heat-2018   Hərbi-Təlimlər  


Bizi "telegram"da izləyin