Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Rusiyalı politoloq Georgi Toloraya bildirib.
O qeyd edib ki, bu məsələnin effektiv şəkildə yekunlaşdırılacağına olan ümidlər ehtimal ki, o qədər də dərin analizlərə söykənmir.
“Bu sadəcə keçici razılıqdır. Şimali Koreya ABŞ-ın sanksiyalarının daha uzun müddət davam etdirilməsinə razılaşmayacaq və buna haqqı da çatır. ABŞ isə hər zamankı kimi məsələni özü diqtə etməyə çalışacaq. Belə ki, Şimali Koreyanın hərbi gücünü azaltması ilə bağlı öhdəliklərini tam olaraq yerinə gətirməyəcəyi müddətcə sanksiyaları qaldırmamaqda israrlıdır. Tələblərin tam olaraq yerinə gətirilməsi isə bir neçə il zaman alacaq. Məhz bu da məsələni çıxılmaz hala salır. Tərəflərdən birinin tələbi qarşılanmaz olaraq qalacaq ki, bu halda da aradakı isti münasibətin maksimum il sonuna qədər davam edə biləcəyini deyə bilərik”, - deyə politoloq bidlirib.
Dəyanət Ağalarlı
Ordu.az