H.Xanzədi Yaponiya və Pakistan hərbi nümayəndələri ilə bir araya gəlib

2018/08/Снимок_1533562696.png
Oxunub: 2406     21:36     06 Avqust 2018    
İran donanmasının komandanı Hüseyn Xanzədi Yaponiya və Pakistan hərbi attaşeləri ilə bir araya gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İran Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti yayıb.

Bildirilib ki, hər iki attaşe ilə ayrı-ayrılıqda keçirilən ikitərəfli görüşdə Fars körfəzi ilə bağlı hazırkı vəziyyət müzakirə edilib.

Məlumata əsasən İran donanmasının rəhbəri hər iki nümayəndədən təmsil etdikləri hökumətlərin Fars körfəzi ilə bağlı yaranan problemlərdəki mövqelərini öyrənib.

İran mənbələri görüşün Xanzədi üçün olduqca uğurlu keçdiyini bildirir.

Qeyd edək ki, Pakistan və İran Hörmüz boğazından ən çox ticarət gəmisi keçən ölkələrdəndir ki, boğaz bağlanacağı təqdirdə bu ölkələr ciddi maddi zərərlə üzləşə bilərlər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hindistan   Pakistan  


Bizi "telegram"da izləyin