Suriya hökuməti ölkənin 60 faizinə nəzarət edir - Xəritə

2018/08/Снимок_1533561754.png
Oxunub: 3432     21:24     06 Avqust 2018    
1 ay davam edən Dera əməliyyatlarının başa çatmasından sonra Suriya ordusu ölkənin əhəmiyyətli hissəsində başlıca söz sahibidir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, hazırda Suriya hökuməti ölkənin cənub, cənub-qərb, qərb və mərkəz Dəməşq ətrafı bölgələr daxil olmaqla ümumilikdə ölkənin 60 faizlik hissəsinə nəzarət edir.

Bundan əlavə ölkənin 5 faizi ABŞ-ın da daxil olduğu İŞİD-lə mübarizə məqsədilə qurulan koalisiya qüvvələrinin, 28 faizi bu koalisiyanın dəstəklədiyi YPG terrorçularının, 5 faizi “Hayat Təhrir Əş-Şam” və müxaliflərin, 2 faizi isə İŞİD-in nəzarəti altındadır.


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Xəritə  


Bizi "telegram"da izləyin