Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Misir Müdafiə Nazirliyinin sözçüsü Tamer Əl-Rəfayi bildirib.
O qeyd edib ki, tərəflər Qırmızı və Aralıq dənizlərində minaaxtarma, raket atəşi, quruya desant heyəti çıxarma və s. taktiki döyüş tapşırıqlarının yerinə yetirilməsi təlimləri həyata keçirir.
Rəsmi məlumata əsasən, Misir, Fransa və Böyük Britaniya hərbi gəmilərinin iştirakı ilə keçirilən ortaq donanma təlimləri 4 gün davam edəcək.
Dəyanət Ağalarlı
Ordu.az