Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi bəyanatı mərkəzin sədri general-mayor Aleksey Tsiqankov səsləndirib.
O qeyd edib ki, Rusiya tərəfi terrorçuların nazı ilə çox oynamaq fikrində deyil.
“Rusiya mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Koordinasiya Mərkəzi vasitəsilə terrorçularla atəşkəs razılığı əldə etdi. Lakin “Cəbhət Ən-Nüsra qruplaşması bu razılığa əməl etməyərək İdlibin hərbsizləşdirilmiş bir çox ərazilərində atəşkəs rejimini pozur ki, bu da humanitar yardımların paylanmasında bir sıra problemlər yaradır. Bu hal davam edəcəyi təqdirdə Rusiya ordusu İdlibi onlar üçün dar edəcək”, - deyə Tsiqankov bildirib.
Dəyanət Ağalarlı
Ordu.az