Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.
Bildirilib ki, ordu qüvvələrinin Şərqi Qutada həyata keçirdiyi əməliyyatlar nəticəsində bölgədən çıxmağa məcbur olan “Ceyş Əl-İslam” müxalif qruplaşması Hələbdə aktivlik göstərməyə başlayıb.
Belə ki, hazırda üsyançılar bölgənin Əl-Bab və Cerabulus şəhərlərində hərbi baza və sığınacaqlar qururlar.
Qeyd edək ki, Suriya ordusu hazırda bölgə ətrafına çox sayda hərbi qüvvə toplamaqdadır. Qarşıdakı günlərdə tərəflər arasında qarşıdurmaların baş verməsi istisna edilmir.
Dəyanət Ağalarlı
Ordu.az