Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı yerli mənbələr yayıb.
Bildirilib ki, hadisə Suriya-Fələstin sərhədində Yarmuk düşərgəsi yaxınlığında baş verib.
Belə ki, İŞİD-in bölgədəki qolu “Ceyş Xalid ibn Valid Ordusu” terror qruplaşması Suriya ordusunun təzyiqlərindən xilas olmaq üçün Fələstinə daxil olmağa cəhd göstərib.
Lakin burada da Fələstin təhlükəsizlik qüvvələri tərəfindən şiddətli müqavimətlə qarşılaşan terrorçular çox sayda itki verib.
Hazırda terrorçu qüvvələr Suriya və Fələstin qüvvələri tərəfindən mühasirə altında saxlanılırlar.
Dəyanət Ağalarlı
Ordu.az