Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, son 24 saat ərzində həyata keçirilən qarşıdurmalar nəticəsində İŞİD və "Hayat Təhrir Əş-Şam” terror qruplaşmalarının 70-ə qədər üzvü məhv edilib.
Hücumlar nəticəsində ordu qüvvələri terrorçuların nəzarətindəki bir neçə strateji mövqeni azad edib. Həmçinin terrorçu qruplaşmalara məxsus 5 hərbi baza ələ keçirilib.
Qeyd edək ki, Suriya ordu əməliyyatlarına davam edir.
Dəyanət Ağalarlı
Ordu.az