Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı general-polkovnik Sergey Drozdov bildirib.
O qeyd edib ki, ordunun xidmətindəki 30-a qədər MiQ-29, Su-27 və Su-25 qırıcıları modernizasiyası yekunlaşdırılaraq Ukrayna HHQ-yə təhvil veriləcək.
“Bu il ərzində modernizasiyası tamamlanacaq 30 ədəd qırıcı yenidən HHQ-nin xidmətinə veriləcək. Ukrayna ordusunun müasirləşdirilməsində önəmli əhəmiyyətə sahib olan bu layihə "Ukroporonbrom" tərəfindən keçiriləcək”, - deyə o bildirib.
Dəyanət Ağalarlı
Ordu.az