Mosulda partlayış: 3 nəfər həlak olub

2018/08/_20180806_140417_1533549884.jpg
Oxunub: 3887     15:23     06 Avqust 2018    
İraqın Mosul vilayətində təhlükəsizlik xidməti əməkdaşlarına qarşı terror hücumu baş verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə bölgənin Əl-Qüds şəhərində baş verib.

Məsələ ilə bağlı yerli mənbələrin yaydığı məlumata əsasən, terrorçular şəhərdə ardıcıl olaraq 2 bomba partlayışı həyata keçiriblər.

Bildirilib ki, ordu qüvvələrinin bölgədə keçirdiyi patrul gəzintisini hədəf alan hücumlar nəticəsində 1 polis və 2 hərbçi həlak olub.

Hücumu İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Mosul   İŞİD   Terror  


Bizi "telegram"da izləyin