Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2018-ci ilin avqustun 5-i saat 17:30 radələrində Ermənistan ordusunun işğal edilən Qarabağ ərazisində qanunsuz dislokasiya olunan mərkəzi tabelikdəki hərbi hissələrindən birində bədbəxt hadisə nəticəsində 1982-ci il təvəllüdlü, müqaviləli hərbi qulluqçu Armen Raşidoviç Hovakimyanın ölümü ilə bağlı bir sıra detallara yadınlıq gəlib.
Belə ki, hadisə işğal altında olan Ağdərədə rayonundakı “Xaçın” su anbarında baş verib.
Suda boğulma hadisəsinin baş verməsi barədə 5 avqust 2018-ci il saat 17:25-də məlumat daxil olub.
Aparılan xilasetmə işləri nəticəsində “Xaçın” su anbarında boğulma hadisəsi baş verən yerdən 800m uzaqlıqda 43 yaşlı Aram Sarkisyanın və 36 yaşlı Armen Hovakimyanın meyidlərinin aşkar edilərək sudan çıxarıldığı bildirilir. Hovakimyanın müqaviləli hərbi qulluqçu olduğu qeyd olunur.
Alpər Mövludoğlu
Ordu.az