Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.
Bildirilib ki, terrorçu qruplaşma ötən gün ərzində Əlbukamal şəhərini ələ keçirmək üçün geniş miqyaslı hücumlar keçirib.
Hücumlar zamanı artilleriya vasitələrindən istifadə edən terrorçu qruplaşma hələlik heç bir nəticə əldə edə bilməyib.
Məlumata əsasən, Suriya ordusunun şiddətli müqaviməti nəticəsində İŞİD-in onlarla üzvü məhv edilib. Şəhər ordunun nəzarəti altında qalmağa davam edir.
Dəyanət Ağalarlı
Ordu.az