Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı terrorçu qruplaşmaya yaxınlığı ilə seçilən mənbələr yayıb.
Bildirilib ki, bu gün səhər HTŞ terrorçuları Latakiyanın Cəbəl Əl-Əqrəd şəhəri yaxınlığında hökumət qüvvələrinin mövqelərinə çox sayda zərbələr endiriblər.
Məlumata əsasən artilleriya zərbələri nəticəsində Suriya Ərəb Ordusunun 22 üzvü həlak olub.
Qeyd edək ki, hökumətdən hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Dəyanət Ağalarlı
Ordu.az