Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, ordu qüvvələri bölgənin bütün böyük və kiçik yaşayış məntəqələrinə daxil olaraq nəzarəti ələ alıb.
Rəsmi məlumata əsasən hazırda ordu ölkənin başlıca strateji məntəqələrindən olan “Nəsib” sərhəd-keçid məntəqəsinə, Büsra Əl-Şam şəhərinə, Əl-Ləcət platosuna, Colan təpələrinə nəzarət edir.
Qeyd olunub ki, Suriya hökuməti qarşıdakı günlərdə 1 ay davam edən əməliyyatlarla bağlı rəsmi hesabatını yayımlayacaq.
Dəyanət Ağalarlı
Ordu.az