900 minə yaxın qaçqın Suriyaya geri dönəcək

2018/08/1022840959_1533366231.jpg
Oxunub: 2048     16:51     04 Avqust 2018    
Qarşıdakı bir neçə ay ərzində 890 mindən çox suriyalı qaçqının öz evlərinə geri dönməsi planlaşdırılır.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə Nəzarət Mərkəzinin sədri general-polkovnik Mixayil Mizintsev bildirib.

Onun sözlərinə görə, BMT-nin Humanitar İşlərin Koordinasiya bürosu bir neçə ay ərzində 890 mindən çox qaçqının Suriyaya geri dönəcəyini bildirib.

Mizintsev qeyd edib ki, öz yurduna geri dönmək istəyən 10 mindən çox qaçqının sorğusu artıq Livan regional qaçqın mərkəzinə göndərilib.

“Livan hökuməti qaçqınların Suriya ərazisinə geri dönməsi işində Suriya tərəfi ilə əməkdaşlıq üzrə birgə komitənin yaradılması üzrə işçi qrupu formalaşdırıb. Livanın regional mərkəzlərinin hesabatına görə, əllərində 10 mindən çox suriyalının sorğusu var, onlar ana yurdlarına qayıtmaq istəyirlər”, - deyə o əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   BMT   Qaçqın  


Bizi "telegram"da izləyin