Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyatların sonuncu günü ölkənin 11 vilayətində terrorçulara qarşı hücumlar həyata keçirilib.
Əməliyyat nəticəsində ümumilikdə 25 terrorçu məhv edilib, daha 21-i isə yaralanıb. Eyni zamanda onlara məxsus çox sayda silah-sursatın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürüldüyü bildirilir.
Ağalar Ağalarlı
Ordu.az