Ordu.az “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlim 4-18 avqust tarixlərində Çinin Şandonq vilayətində baş tutacaq. Təlimdə Belarus ordusunun 50-yə qədər hərbi qulluqçusu iştirak edəcək.
İki ordu arasındakı partnyorluğun gücləndirilməsi məqsədilə təşkil olunan təlimlərin onların terror təhdidinə qarşı birgə mübarizədə koordinasiya qabiliyyətlərini möhkəmləndirməsi gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az