Pompeo: “KXDR-in nüvə proqramını ilə bağlı narahat deyiləm”

2018/08/mike-pompeo-reuters_625x300_1530184692851_1533363899.jpg
Oxunub: 3590     14:08     04 Avqust 2018    
ABŞ Xarici İşlər naziri Mayk Pompeo Şimali Koreyanın öz nüvə proqramını yekunlaşdıracağının xeyli vaxt alacağını bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı ötən gün qatıldığı mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, bu məsələ kifayət qədər vaxt alsa da, sonda tam müsbət şəkildə yekunlaşacaq.

“Mən bu məsələ ilə bağlı olduqca optimis mövqedəyəm. Danışıqlar davam etdirilir. Danışıqlarda əldə edilən razılıqların tətbiqinə də başlanılıb. Razıyam bu kifayət qədər zaman alacaq. Yəqin razılaşarsınız ki, onillərdir başladılan və genişləndirilən layihəni qısa müddət ərzində ləğv etmək mümkün deyil. İstənilən halda gec də olsa Şimali Koreyanın öz nüvə proqramını tamamilə dayandıracağına əminəm”, - deyə Pompeo qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR   Nüvə-Proqramı  


Bizi "telegram"da izləyin