İsrailli parlamentari: “İran əsgərləri Colan Təpələrində qala bilərlər”

2018/08/1066473443_1533362630.jpg
Oxunub: 3092     13:59     04 Avqust 2018    
“İranın hərbi müşavirləri, yaxud onun müttəfiq silahlıları Suriya ordusunun tərkibində Colan Təpələrinin Suriya hissəsində varlıqlarını davam etdirmiş ola bilərlər”.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri İsrail parlamentinin üzvü Kseniya Svetlova bildirib.

“Mən hansısa nəticəyə gəlməyə tələsmirəm. Gəlin gözləyək və nə olacağını öz gözümüzlə görək. Biz İran qoşunlarının İsrail sərhədlərindən çəkilməsini nəzərdən keçirsək də, de-fakto olaraq müxtəlif rütbəli iranlı hərbçilər Suriya ordusunun tərkibində qulluq edirlər. Onlar Colan Təpələrində də ola bilər”, - deyə Svetlova qeyd edib.

O xüsusilə vurğulayıb ki, İsrail üçün belə bir hal qətiyyən qəbuledilməzdir, potensial təhdid və təcavüz aktı kimi nəzərdən keçiriləcək.

Xatırladaq ki, bir neçə gün öncə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev İran qoşunlarının Suriya-İsrail sərhdələrindən 85 kilometr uzağa qədər çəkiləcəyini elan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Suriya  


Bizi "telegram"da izləyin