Ukrayna ordusu Macarıstanla sərhəddə yeni hərbi baza açmağı planlaşdırır

2018/08/ukraine-troops_1533361648.jpg
Oxunub: 1624     13:43     04 Avqust 2018    
Ukrayna Müdafiə Nazirliyi ölkənin Zakarpattia regionunun Berehova bölgəsində dağ hücum briqadasının bir batalyonunu yerləşdirməyi planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti Dmitro Hutsulyak danışıb.

Onun sözlərinə görə, sözügedən məsələ Ukrayna Müdafiə naziri Stepan Poltorak Zakarpattia regionunun qubernatoru Hennadi Moskal arasındakı görüş zamanı müzakirə edilib.

“Müzakirələr zamanı onlar 128-ci dağ hücum briqadasının bir batalyonunun Berehove şəhərində yerləşdirilməsinin mümkünlüyünü və bunun üçün lazım olan hərbi diviziya infrastrukturunun inşasını nəzərdən keçirdilər”, - deyə sözçü bildirib.

Qeyd edək ki, bu bölgə Ukrayna ilə Macarıstan sərhədinə yaxın yerləşir. Son zamanlar Macarıstanın Ukraynanın Transatlantik strukturlara inteqrasiyasına veto qoyması ilə iki dövlət arasında gərginlik yaşanır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Macarıstan  


Bizi "telegram"da izləyin