BMT: KXDR öz nüvə proramını sonlandırmayıb

2018/08/1057860578_1533360537.jpg
Oxunub: 4341     13:19     04 Avqust 2018    
Birləşmiş Millətlər Təşkilatının ötən gün yayımladığı hesabatda Şimali Koreyanın nüvə təkmilləşdirilməsi proqramını yekunlaşdırmadığı qeyd olunub.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, hesabat 2017-ci ilin oktyabr ilə 2018-ci ilin mart ayları arasındakı dövrü əhatə edir.

Hesabatda qeyd olunub ki, bu dövr ərzində Şimali Koreya öz nüvə təkmilləşdirmə proqramına davam edib.

149 səhifəlik hesabata əsasən bu dövr ərzində Şimali Koreya ölkənin 10-a qədər müxtəlif hərbi məqsədli elmi araşdırmalar mərkəzlərində və sınaq poliqonlarında nüvə silahlarının təkmilləşdirilməsi üzrə işlər aparıb.

Bununla yanaşı BMT-nin bu ölkəyə sanksiyalar tətbiq etməsinə baxmayaraq KXDR Çin, Qana, Hindistan, Meksika, Şri-Lanka, Tayland və Uruqvaya 100 milyon dollarlıq ixracat həyata keçirib.

Qeyd edək ki, Pentaqon hesabatdan belə bir nəticənin çıxmasını normal sayan bir bəyanat verib. Bildirilib ki, qeyd olunan dövrdə KXDR rəhbərliyi ilə münasibətlər normal vəziyyətdə deyildi və Tramp-Kim sammiti bu dövrdən 2,5 ay sonra baş tutub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   KXDR   Nüvə-Proqramı  


Bizi "telegram"da izləyin