Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Hakkari bölgə rəhbərliyi verib.
Bildirilib ki, Hakkarinin Yüksəkova şəhərində PKK terrorçuları polislərə məxsus “Kirpi” zirehli avtomobilinə hücum ediblər.
Belə ki, hərbi nəqliyyat vasitəsinin keçidi zamanı əvvəlcədən yerə döşənmiş partlayıcı qurğular aktivləşdirilib.
Rəsmi məlumata əsasən hücum zamanı avtomobildə olan 9 polisin hər biri müxtəlif dərəcələri xəsarətlər alıb, itki yoxdur.
Dəyanət Ağalarlı
Ordu.az