Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Suriyadakı səfiri Qi Qiancin bildirib.
Onun sözlərinə görə, Çin ordusu gözlənilən İdlib əməliyyatında hər hansısa bir şəkildə Suriya qüvvələrinə yardıma hazırlaşır. Buna səbəb isə Cis Əl-Şuqur yaxınlığında çox sayda uyğur döyüşçünün olmasıdır.
“Çin ordusu Çinin suverenliyi, stabilliyi və təhlükəsizliyində əvəzsiz rola malikdir. Hazırkı vaxtda o, artıq sülhməramlı əməliyyatlarda iştirak etməyə hazırlaşır”, - deyə səfir bildirib.
Suriya və Çin orduları arasındakı əlaqəyə toxunan Qiancin terrorla mübarizədə Suriya və Çin arasında davam edən əməkdaşlığın olduğunu vurğulayıb.
“Biz anlayırıq ki, Suriyanın terrora qarşı apardığı mübarizə təkcə Suriyanın yaxşılığı üçün yox, həm də Çin xalqının və ümumilikdə dünya üçün önəmlidir”, - deyə o əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az