“Raytheon” ABŞ HHQ üçün HAMR-lər istehsal edəcək

2018/08/received_2107954836084478_1533312165.jpeg
Oxunub: 2857     00:10     04 Avqust 2018    
ABŞ Hərbi Hava Qüvvələrinin havadan atılan miniatür raketlərin istehsalı ilə bağlı 96,1 milyon dollarlıq layihəsi “Raytheon” korporasiyasına təhvil verilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqaviləyə əsasən şirkət ABŞ HHQ üçün 250 ədəd HAMR istehsal edəcək.

Müqavilə ilə bağlı şirkətdən verilən açıqlamada bildirilib ki, layihə üzrə işlərə bu ilin sonundan etibarən başlanılacaq.

Qeyd olunub ki, ümumi dəyəri 96,1 milyon dollar olan raketlərin ilkin seriyası 2020-ci ilin martında təhvil veriləcək.

Qeyd edək ki, 31 iyul tarixində şirkət sözügedən raketlər üzrə müxtəlif tərəfdaş ölkələrə edilən 2000-ci təhvil-təslim işlərini həyata keçirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   ABŞ  


Bizi "telegram"da izləyin