Fransa hərbi ləvazimat ixracatına dair detalları açıqlayıb

2018/08/received_2217650341800623_1533312008.jpeg
Oxunub: 1857     23:49     03 Avqust 2018    
Bu il üzrə Fransanın silah ixracatında Avstraliyaya sualtı hücum gəmilərinin satışına dair dizayn xidməti, Qətərə helikopter və “Rafale” qırıcılarının satışı və s. daxildir.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələr naziri Florens Parli bildirib.

“Bu il əhəmiyyətli sayıla biləcək miqdarda hərbi kontrakt imzalanıb. Silah ixracatı suverenliyimizin iqtisadi modelidir”, - deyə Parli qeyd edib.

Fransa parlamentinin aşağı palatasının Milli Müdafiə və Silahlı Qüvvələr komitəsinin dinləmələrində çıxış edən Parli Qətərlə 1,2 milyard dollar dəyərində helicopter satışına dair müqavilənin imzalandığını bildirib.

Onun sözlərinə görə, çox yüksək dəyərə malik daha bir müqavilənin isə bu ilin payızında Avstraliya ilə bağlanması gözlənilir. Belə ki, Avstraliya Fransadan sualtı gəmilər almağı planlaşdırır.

Qeyd edək ki, Fransa 2016-cı ildə 13,9 milyard, 2017-ci ildə isə 6,7 milyard avro dəyərində hərbi ləvazimat satışı həyata keçirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Rafale   Silah-ixracı  


Bizi "telegram"da izləyin