İŞİD Neynəvədə 2014-dən bu yana 20 min sivili qətlə yetirib

2018/08/received_2107950076084954_1533310990.png
Oxunub: 3863     23:28     03 Avqust 2018    
İşid Terror qruplaşmasının İraqın Neynəvə vilayətində 2014-cü ildən bu yana həyata keçirdiyi fəaliyyətlərində 20 mindən çox mülki vətəndaş həlak olub.

Ordu.az “Iraqi News”a istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Neynəvə Vilayət şurasının sözçüsü Xələf Əl-Hədidi bildirib.

O qeyd edib ki, 2014-cü ildən etibarən İŞİD terror qruplaşmasının bölgədəki kütləvi qətl və terror hücumları geniş vüsət almağa başlayıb.

“İŞİD Neynəvəni ələ keçirmək üçün son illərdə aktivlik göstərirdi. Xüsusilə də qruplaşmanın ən ciddi təhlükə hesab olunduğu 2014-2016-cı illərdə vilayət xeyli müddət onların nəzarətinə keçdi. Bu müddət ərzində həyata keçirilən terror hücumları, kütləvi qətllər və edam kampaniyaları zamanı xüsusi qəddarlıq və zorakılıqla 20 mindən çox insan həlak olub. Həmçinin rəsmi rəqəmlər göstərir ki, qruplaşmanın bölgənin nəzarətini əlində saxladığı zamanlarda 50 minə qədər insan terrorçuların fiziki və ya cinsi zorakılığına məruz qalıb, eyni zamanda mal-mülklərinin önəmli qisminə əl qoyulub”, - deyə o bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Neynəvə   Terror  


Bizi "telegram"da izləyin