İyul ayında Tartusda 38 hərbçi həlak olub

2018/08/3_1533306235.png
Oxunub: 3770     22:34     03 Avqust 2018    
Ötən ay ərzində baş verən qarşıdurmalar zamanı Suriyanın Tartus şəhərində 38 hərbçi həlak olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücumların əsas hissəsi İŞİD terror qruplaşması və müxalif qüvvələr tərəfindən edilib.

Məsələ ilə bağlı Suriya Müdafiə Nazirliyindən bildirilən hesabatda qeyd olunub ki, ötən ay ərzində liman şəhəri olan Tartusda ordu ilə müxtəlif qruplar arasında ümumilikdə 40-a qədər qarşıdurma baş verib.

Rəsmi məlumata əsasən bu qarşıdurmalarda Suriya ordusu 12-si zabit olmaqla 38 hərbçisini itirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Tartus   İŞİD   Müxalif-Qüvvələr  


Bizi "telegram"da izləyin