Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Suriya Müdafiə Nazirliyindən verilib.
Bildirilib ki, ordunun azad edilən bölgələrdə həyata keçirdiyi axtarışlar zamanı terrorçulara məxsus ABŞ istehsalı çox sayda silah-sursat və hərbi texnika aşkar edilərək müsadirə olunub.
Qeyd olunub ki, müsadirə edilən silah-sursata tüfənglər, qumbaraatanlar, müxtəlif kalibrli mərmilər, minalar, snayper tüfənglər, avtomat silahlar, hərbi rabitə vasitələri, 9 ədəd tank əleyhinə TOW raket sistemləri və s. daxildir.
Qeyd edək ki, müsadirə edilən silahların İŞİD terror qruplaşmasına aid olduğu bildirilir. Məsələ ilə bağlı hələlik ABŞ-dan rəsmi açıqlama verilməyib.
Dəyanət Ağalarlı
Ordu.az