SQQ Latakiyada əməliyyatlara davam edir

2018/08/manar-00195670014744430156_1533296692.jpg
Oxunub: 3610     19:57     03 Avqust 2018    
Suriya Quru Qoşunları ölkənin cənub və cənub-qərbində keçirilən uğurlu əməliyyatlardan sonra Latakiyada əməliyyatlara davam edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı yerli mənbələr yayıb.

Bildirilib ki, artilleriya və raket hücumları ilə dəstəklənən hökumət qüvvələri Cəbəl Türkmən və Cəbəl Əl-Əkrəd məntəqələrindəki “Hayat Təhrir Əş-Şam” terror qruplaşması mövqelərinə çox sayda zərbələr endiriblər.

Məlumata əsasən, hücumlar nəticəsində terrorçu qruplaşmanın çox sayda üzvü məhv edilsədə, onlar ciddi müqavimət göstərərək ordu qüvvələrinin sözügedən məntəqələrə daxil olmasını əngəlləyiblər.

Qeyd edək ki, əməliyyatlar nəticəsində Suriya ordusunun 10-dan çox hərbçisinin həlak olduğu bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Hayat-Təhrir-Əş-Şam   Terrorla-Mübarizə   Latakiya  


Bizi "telegram"da izləyin